5 gün
UCI 2.1
EUROSPORT
CBC SPORT
21 şəhər
- “Bakı–Xankəndi Azərbaycan Velosiped Turu” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş, 5 mərhələdən ibarət və UCI-nin 2.1 kateqoriyalı 5 günlük beynəlxalq velosiped yarışıdır.
- Bu yarış 2013–2017-ci illərdə Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yarış təqvimində özünəməxsus yer tutmuş və yüksək səviyyədə təşkil olunmuşdur. Lakin sonrakı illərdə müəyyən səbəblərdən keçirilməsi dayandırılmışdır.
- 2025-ci ildən etibarən ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq yarışın bərpası istiqamətində zəruri tədbirlər görülmüş və yarış yeni ad altında UCI-nin 2026-cı il yarış təqviminə yenidən daxil edilmişdir.
- Yarışın 2-ci mərhələsi istisna olmaqla, digər bütün mərhələlərin marşrutları yenilənmiş, 4-cü və 5-ci mərhələlərin marşrutları isə işğaldan azad edilmiş ərazilərdən keçəcək şəkildə müəyyən edilmişdir.
- Yarışın 2026-cı il üçün təsdiq edilmiş marşrutları ölkəmizin 21 şəhər və rayonunu əhatə edir.
- Məlum olduğu kimi, beynəlxalq velosiped yarışları təkcə on milyonlarla insanın canlı izlədiyi, həmçinin Eurosport və digər televiziya kanalları vasitəsilə yayımlanan cəlbedici idman tədbiri deyil, eyni zamanda keçirildiyi regionların beynəlxalq səviyyədə tanıdılması və turizm potensialının təşviqi baxımından müstəsna imkanlar yaradır.
- 2026-cı ildə “Bakı–Xankəndi Azərbaycan Velosiped Turu”nun bütün mərhələlərinin Eurosport telekanalında canlı yayımlanması, eləcə də hər mərhələdən sonra axşam saatlarında ən yüksək izləyici auditoriyasına malik vaxtda 60 dəqiqəlik icmal proqramlarının nümayiş etdirilməsi barədə razılıq əldə edilmişdir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yarışın 4-cü və 5-ci mərhələlərinin marşrutları Suqovuşan, Talış, Ağdam, Füzuli, Xocavənd, Şuşa və Xankəndidən keçəcək şəkildə təşkil edilmişdir. Yarışın yekun finişi Xankəndi şəhərinin mərkəzi meydanında baş tutacaqdır.
- Yarışın təşkili məqsədilə Təşkilat Komitəsi yaradılmış, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq hazırlıq işləri davam etdirilir.
No |
Name |
Country |
Code |
Status |
1 | AZERBAIJAN NATIONAL TEAM | AZERBAIJAN | AZE | National Team |
2 | XDS Astana Team | KAZAKHSTAN | KAZ | WorldTeam |
3 | Equipo Kern Pharma | SPAIN | ESP | ProTeam |
4 | Burgos Burpellet BH | SPAIN | ESP | ProTeam |
5 | Bardiani CSF 7 Saber | ITALY | ITA | ProTeam |
6 | Solution Tech NIPPO Rali | ITALY | ITA | ProTeam |
7 | Li Ning Star | CHINA | CHN | Continental Team |
8 | Terengganu Cycling Team | MALAYSIA | MYS | Continental Team |
9 | Anicolor / Campicarn | PORTUGAL | POR | Continental Team |
10 | Roojai Insurance Winspace | THAILAND | THA | Continental Team |
11 | Team Medellín - EPM | COLOMBIA | COL | Continental Team |
12 | Quick Pro Team | ESTONIA | EST | Continental Team |
13 | Madar Pro Cycling Team | ALGERIA | ALG | Continental Team |
14 | Mazowsze Serce Polski | POLAND | POL | Continental Team |
15 | Tarteletto - Isorex | BELGIUM | BEL | Continental Team |
16 | Victoria Sports Pro Cycling | PHILIPPINE | PHI | Continental Team |
17 | Spor Toto Cycling Team | TÜRKİYE | TUR | Continental Team |
18 | Universe Cycling Team | NETHERLANDS | NED | Continental Team |
19 | EuroCyclingTrips - CCN | GUAM | GUM | Continental Team |
20 | 7 Saber Uzbekistan Cycling Team | UZBEKISTAN | UZB | Continental Team |
21 | Sidi Ali - Unlock Sports Team | MOROCCO | MAR | Continental Team |
22 | TEAM VINO - NORTH QAZAQSTAN REGION | KAZAKHSTAN | KAZ | Continental Team |
23 | ASC Monsters Indonesia | INDONESIA | INA | Continental Team |
24 | MBB Continental Cycling Team | TÜRKİYE | TUR | Continental Team |